image-2000x150px
image-fotojet-2023-01-05t133355-271backend

Ərdoğanla Putin arasında telefon danışığı olub

image-728x90px

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub.

İki lider arasında enerji, Türkiyə-Rusiya münasibətləri, Rusiya-Ukrayna müharibəsi və Suriya başda olmaqla regional məsələlər müzakirə edilib.

Ərdoğan qısa müddətdə Türkiyədə təbii qaz habının yaradılması istiqamətində yol xəritəsini tamamlamağı və konkret addımlar atmağı hədəflədiklərini bildirib.

O eyni zamanda vurğulayıb ki, terror təşkilatı PKK/PYD/YPG-nin xüsusilə Tel Rıfat və Mənbicdən təmizlənməsi üçün konkret addımlar atılmalıdır.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ