image-2000x150px
image-123
image-ads_atlas
image-4192875backend

Erməni deputat: Adam dəli olur, hər tərəfdə Azərbaycan bayrağı…

image-728x90px

Görünür, Ermənistanda get-gedə reallığı dərk etməyə başlayırlar. Söhbət ikinci Qarabağ müharibəsində ermənilərin məğlubiyyətindən sonra onlar üçün ağır qəbul olunan reallıqdan gedir. Lakin bu böyük məğlubiyyətin miqyasını dərk etmək üçün erməni siyasi xadimləri tez-tez Qarabağa səfər etməlidirlər.

Separatist rejimin parlamentinin deputatı Metakse Akopyan da belə edib.

Ermənistanın KİV-i xəbər verir ki, Metakse feysbuk profilində gördüklərindən yazıb:

“Stepanakerti (Xankəndi) tərk edirsən, adam dəli olur. Hər tərəfdə Azərbaycan bayrağı… Yolda üç azərbaycanlı rahat şəkildə böyürtkən yeyir… Şuşi… çox dəyişib və çox eybəcər olub… Siz isə, Araik (Arutünyan) və Nikol (Paşinyan), asfalt çəkirsiniz, xalqın başına çəkic atırsınız və yalan danışırsınız… yalan, yalan, yalan… Bu, sizcə, xilas edəcək?”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki