image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-01-17t120927-472backend

 Erməni deputat: “Rusiya ordusu getsə, İrəvanın Ankara ilə münasibətləri yaxşılaşacaq”

image-728x90px

“Rusiyanın Ermənistandakı hərbi mövcudluğu əbədi olmayacaq, ordunun getməsindən sonra İrəvanla Ankara arasında münasibətlər yaxşılaşacaq”.

Bunu Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından deputat Qurgen Arsenyan erməni mətbuatına müsahibəsində bildirib.

Deputatın fikrincə, mövcudluq məsələsi hansısa anda təhlükəsizliyin təminatı kimi əhəmiyyət daşımayacaq, sadəcə, bu, zaman məsələsidir.

Arsenyan əlavə edib ki, Ermənistan daha da inkişaf etmək üçün qonşu dövlətlərlə münasibətləri tənzimləməyə, mehriban qonşuluq münasibətləri üçün platforma yaratmağa çalışır. Deputatın sözlərinə görə, 1990-cı illərdə Ermənistan hökuməti Rusiya hərbçilərini Türkiyədən gözlənilən ekzistensial təhlükə qarşısında ölkə üçün “xilasedici halqa” hesab edirdi. Lakin Ermənistanın müstəqilliyi tanındıqdan sonra Türkiyə onu heç vaxt təhdid etməyib.

Arsenyan qeyd edib ki, Rusiya hərbçilərinin Ermənistanda, Türkiyə sərhədində mövcudluğunun əsas məqsədi Ermənistanı qorumaq funksiyası deyil və ilk növbədə Türkiyə üçün təhlükədir.

“Rusiya ordusu olmasa, Ermənistan Türkiyə üçün heç bir təhlükə yaratmayan qonşuya çevriləcək”, – deyə o vurğulayıb və əlavə edib ki, bununla “Rusiya paradiqması”nın təzahürü dayanacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki