image-2000x150px
image-sahbaz45backend

Erməni girovundan azad edilən Şahbaz Quliyev ikinci dəfə evləndi – FOTO

image-728x90px

2020-ci ilin dekabr ayında erməni girovluğundan azad edilən Şahbaz Quliyev ikinci dəfə evlənib.

Bu məlumatı açıqlamasında Şahbaz Quliyev özü təsdiq edib.

O bildirib ki, toy məclisi təşkil edilməsə də, ailə qurması xəbəri doğrudur. Şahbaz Quliyev ailə qurduğu xanımın kimliyi haqqında məlumat vermək istəməyib.

Şahbazın bacısı İradə Quliyeva isə qardaşının keçmiş həyat yoldaşından uzun müddət öncə ayrıldığını söyləyib. O qeyd edib ki, Albina Quliyeva (Veselova) qız övladını da götürərək, vətəndaşı olduğu Rusiyaya qayıdıb:

“Qızının Şahbazla əlaqəsi var. Hazırda 11-ci sinifdə oxuyur. Bəlkə də özü qayıtmaq istəyəcək. Amma hələlik anasının yanındadır”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlarla birlikdə gedən 1978-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb. Ermənilərin Qarabağda həmvətənlərimiz üzərində qurduğu qondarma “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. 2020-ci ilin dekabr ayında Şahbaz Quliyev və Dilqəm Əsgərov girovluqdan azad edilərək Bakıya gətirilib.

DOĞRU.AZ

Mənbə: Modern.az

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki