image-n1karobka_ads
image-123
image-619943a170f10619943a170f111637434273619943a170f0e619943a170f0fbackend

Erməni hərbçi xidmət yoldaşı tərəfindən güllələndi

Ermənistanın Dərələyəz vilayətinin döyüş postlarından birində erməni hərbçi xidmət yoldaşı tərəfindən güllələnib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə dekabrın 31-də baş verib. Məlumata görə, səhər saat 10:50 radələrində döyüş postlarından birində 18 yaşlı sıravi Movses Aramaisoviç Tadevosyan başından güllə yarası almış halda tapılıb. O, hospitala aparılarkən yolda dünyasını dəyişib.

Əsgərin xidmət yoldaşı cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Oxu.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki