image-2000x150px
image-123
image-ads_atlas
image-hadrutbackend

Ermənilər Naxçıvanı atəşə tutdu

image-728x90px

Avqustun 17-si saat 10:55-dən 14:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan  Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Bu barədə Doğru.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan əlavə saat 11:18-dən 13:37-dək Çəmbərək rayonunun Göysu və Şişqaya yaşayış məntəqələrində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy  rayonunun Qalakənd və Kəlbəcər  rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub.

Cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki