Ermənilər Tərtərdə dəfn mərasimində əhalini atəşə tutdu: 4 nəfər öldü – YENİLƏNİB – FOTObackend

Ermənilər Tərtərdə dəfn mərasimində əhalini atəşə tutdu: 4 nəfər öldü – YENİLƏNİB – FOTO

Erməni silahlı birləşmələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi keçirilərkən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Doğru.az” Trend-ə istinadən bildirir ki, hadisə zamanı yaralananlardan biri – 1967-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu da vəfat edib.

Doğru.az” Trend-ə istinadən bildirir ki, Tərtərdə ermənilərin qəbiristanlığı atəşə tutması nəticəsində yaralıların sayı 5-ə çatıb.

Ermənistan Silahlı Qüvvələrinin Tərtərə hücumu nəticəsində 3 azərbaycanlı mülki şəxs həlak olub.
Doğru.az” Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev “Twitter”də bildirib.
O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində 3 mülki şəxs həlalk olub. 3 nəfər isə yaralanıb.
“Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır”.

Erməni hərbi birləşmələri Tərtərdə əhalini atəşə tutub.
Trend-in cəbhə bölgəsində olan müxbirinin məlumatına görə, hadisə şəhər qəbiristanlığında dəfn mərasimi zamanı baş verib.
Dünyasını dəyişən Tərtər rayon sakini dəfn edilərkən Ermənistan silahlı qüvvələri mərasim iştirakçılarını ağır artilleriya atəşinə tutub.
3 nəfər hadisə yerində ölüb, 3 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki