image-n1karobka_ads
image-123
image-image_750x_61b333496b7b3backend

Ermənilərdən Kəlbəcərdə növbəti TƏXRİBAT

image-ad_qayo_720x110px

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.

Bu barədə “Doğru.az”-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki