image-2000x150px
image-pasikbackend

Ermənistan hökuməti nə etməyə çalışır?

image-728x90px

“Ermənistan sülh sazişinin yolunun bağlanması üçün bütün imkanları səfərbər etməyə çalışır”.

Bu sözləri Baku TV-də yayımlanan “Baku Analitik” verilişində bir neçə gündür ordumuzun mövqelərinin atəşə tutulması fonunda Ermənistanın niyyətinin müzakirəsi zamanı siyasi şərhçi Tofiq Abbasov deyib.

“Bu, təkcə İrəvanın şəxsi istəyi deyil. Onun arxasında dayanan qüvvələrə də sülh sərf etmir və Ermənistandan vasitə kimi istifadə etməyə çalışırlar”, – deyə o əlavə edib.

Verilişdə Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsi ilə bağlı təkliflərinin detalları, həmçinin Moskvada XİN rəhbərlərinin görüşü müstəvisində müzakirə edilən Xankəndi-Şuşa yolunda ekofəalların keçirdikləri aksiyanın hansı nəticələr doğuracağı ilə bağlı fikir mübadiləsi aparılıb.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ