Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Türkiyədə diplomatik forum çərçivəsində görüşüblər.
Tərəflər sülh prosesi üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkələrin nümayəndələri sülh sazişinin mətni üzərində işi başa çatdırdıqdan sonra vəziyyəti, eləcə də dövlətlərarası münasibətlərin qurulmasını müzakirə ediblər.
“Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər”, – diplomatik departament sosial mediada qeyd edib .
Bundan əvvəl Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bəyan edib ki, Ermənistanla sülh əldə etmək yolunda hələ də iki maneə var.
Martın 13-də Ermənistan və Azərbaycan danışıqları yekunlaşdıraraq sülh sazişi layihəsini razılaşdırıblar.
DOĞRU.AZ