Vətən Partiyasının hüquqşünası və mətbuat katibi Sos Akopyan bildirib ki, Ermənistanda hakimiyyətlə kilsə arasında yaşanan qarşıdurma sırf siyasi xarakter daşıyır.
Doğru.az xəbər verir ki, Akopyanın sözlərinə görə, Apostol Kilsəsi ölkədə ən yüksək reytinqə malik qurumdur və din xadimləri əhalinin gündəlik həyatında mühüm rol oynayır. O qeyd edib ki, ayrı-ayrı yepiskopların sözünə böyük hörmətlə yanaşılır və onların mövqeyi cəmiyyət tərəfindən nəzərə alınır.
O, xüsusilə hakimiyyətin təşəbbüsü ilə məşhur və hörmətli arxiyepiskoplar Mikael Ajapaxyan və Baqrat Qalstanyana qarşı “tikişdirilmiş” cinayət işlərinin açılmasına diqqət çəkib. Akopyan bu prosesin əsas məqsədinin cəmiyyəti nüfuzlu və əyilməyən ruhani liderlərdən məhrum etmək olduğunu vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın keçmiş ombudsmanı Larisa Alaverdyan da bəyan etmişdi ki, hökumət kilsə ilə qarşıdurmada güzəştə getməyəcək.
DOĞRU.AZ