Ermənistanın baş naziri Nikol Paşinyan yenidən səfərbərlik elan etdi-SON DƏQİQƏ.backend

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən səfərbərlik elan etdi-SON DƏQİQƏ.

Müharibədə məğlub olan və kapitulyasiya aktına imza atan Ermənistanın baş naziri Nikol Paşinyan yenidən səfərbərlik elan etməsi ilə bağlı Müdafiə Nazirliyinə tapışırıq verib. Ermənistanda baş nazirin istefası ilə bağlı etirazlar davam etməkdədir.

Hakimiyyət etirazların qarşısını almaq üçün güc tətbiqi ilə yanaşı, müxtəlif inzibati resurslardan da istifadə edir. Bu resurslardan biri də Nikol Paşinyanın istefasını tələb edənlərin üç aylıq səfərbərliyə alınmasıdır.

“Antitod” hərəkatının rəhbəri Anahit Mutafyan bildirib ki, Nikol bununla bağlı Müdafiə Nazirliyinə tapşırıq verib.

“Onun istefasını tələb edənlər səfərbərliyə çağrılacaqlar. Bununla onların ağzını bağlamağa çalışırlar. Bu 90-cı illərdə istifadə edilmiş vasitələrdəndir. Bu dəfə bunun baş verməsinə imkan verməyəcəyik”, – Anahit deyib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki