image-n1karobka_ads
image-123
image-rian_6651832-hr-pic_32ratio_900x600-900x600-40459backend

Ermənistanın Təhlükəsizlik Şurası KTMT-yə üzvlüklə bağlı problemlərin olduğunu açıqlayıb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması problemlərlə bağlıdır, lakin İrəvanın digər ölkələrlə əməkdaşlığını məhdudlaşdırmır.

Bu sözləri Qriqoryan Ermənistanın Birinci Kanalının efirində deyib.

“Ermənistanın KTMT-də iştirakı müəyyən problemlər yaradır, lakin müxtəlif ölkələrlə əməkdaşlığı məhdudlaşdırmır. Biz təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirmək üçün Qərb tərəfdaşları ilə intensiv işləyirik və bu işi davam etdirəcəyik”, – deyə Qriqoryan bildirib.

Eyni zamanda, o qeyd edib ki, 2020-ci ildən sonra KTMT-nin Ermənistana əhəmiyyətli yardımı halına rast gəlmək çətin olacaq.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki