image-2000x150px
image-123
image-ads_atlas
image-1720246583801456118_1200x630backend

Ersin Tatar: Qürurluyam ki, Kipr türklərini Şuşada təmsil edirəm

image-728x90px

Bu gün qürur duyuram ki, Şimali Kipr Türk Respublikasının (ŞKTR) lideri qismində erməni işğalından azad olunmuş Qarabağda Türk Dövlətləri Təşkilatının (TDT) tarixi və mühüm qeyri-rəsmi Zirvə görüşündə iştirak edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 5-də Şimali Kiprin BRT 5 telekanalının efirində ŞKTR Prezidenti Ersin Tatar deyib.

Zirvə görüşünün təşkilini yüksək qiymətləndirən Ersin Tatar qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ali səviyyədə qarşılanıb. O deyib: “TDT-nin Zirvə görüşünə dəvətə görə Prezident İlham Əliyevə səmimi-qəlbdən minnətdaram. Fəxr edirəm ki, öz xalqımı Azərbaycanda təmsil edirəm. Səfərim yenidən dövlət protokoluna uyğun təşkil olunur. Türk Kiprinin lideri Bakı ilə əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu da bildirib.

Siyasətçi Türkiyə və Azərbaycan rəhbərliyinə Lefkoşaya TDT-də müşahidəçi statusu verilməsi qərarına görə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, Lefkoşa bütün türk dövlətləri ilə əlaqələrin hərtərəfli inkişafına çalışır. “Kipr türkləri Türk dünyasının ayrılmaz hissəsidir. ŞKTR türk dövlətlərinin tam mənzərəsini formalaşdıran TDT ailəsinin üzvüdür”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki