02.05.1997-ci il təvəllüdlü Hümbətzadə Zaur Təmraz oğlu Oğuz rayonunda anadan olub. Evin tək övladı:
Doğru.az xəbər verir ki, Mingəçevir şəhərində qeydiyyatda və 2015-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb. 2016-cı il Aprel Döyüşləri zamanı Füzuli rayonunda hərbi xidmətdə olub:
Əsgərin müracəti:
Cənab Ali Baş Komandan, əvvəlcə Sizə 30 illik həsrətə son qoyaraq, torpaqlarımızı erməni tapdağından xilas etdiyiniz üçün təşəkkür edirəm. Sizin əmriniz və bilavasitə rəhbərliyiniz ilə erməni qəsbkarlarının hücumlarına cavab olaraq sentyabrın 27-də başladılan əks hücum əməliyyatları zamanı könüllü sürətdə rəşadətli Ordumuzun bir üzvü olaraq mən də torpaqlarımızın azad edilməsində qəhrəmanlıqla döyüşmüşəm.
Yaşadığım maddi sıxıntı ilə əlaqədar olaraq Sizdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirəm. Mən mağazada 250 manat əməkhaqqı qarşılığında satıcı işləyirəm. Anamla birlikdə kirayədə yaşayıram. Onun isə heç bir rəsmi iş yeri yoxdur və səhhətində problemlər var. Aldığım əməkhaqqı ev kirayəsini və gündəlik ehtiyaclarımızı ödəmək üçün kifayət etmir. Nişanlıyam və evim olmadığı üçün ailə həyatı qura bilmirəm. Sizdən çox xahiş edirəm ki, mənim evlə təmin olunmağıma yardım edin.
Tel: 070-874-43-81



























