image-ads_n1karobka_mobile
image-dcm2_20230216_05-1-pic_32ratio_1200x800-1200x800-37587backend

Estoniya səfərbərlik halında ordunun tərkibini demək olar ki, iki dəfə artıra biləcək

Səfərbərlik halında Estoniya ordunun şəxsi heyətini demək olar ki, iki dəfə artıra biləcək.

Bu barədə RİA Novosti məlumat yayıb.

“Hökumətin qərarına əsasən, müharibə şəraitində Müdafiə Qüvvələrinin şəxsi heyəti hazırkı 26 700 nəfərdən 43 700 nəfərə qədər artacaq. Müharibə dövrünün şəxsi heyəti yalnız səfərbərlik elan edildikdən sonra çağırıla bilər”, – Estoniya Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, müharibə dövründə ordunun sayının yuxarı həddinə təxminən 6400 nəfər olan Müdafiə Qüvvələri daxildir. Eyni zamanda şəxsi heyət yalnız səfərbərlik elan olunduğu halda çağırıla bilər.

Doğru.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki