image-n1karobka_ads
image-123
image-1720847874268752123_1200x630backend

Fermada çətənə kolları yetişdirən dörd nəfər saxlanılıb – FOTO

image-ad_qayo_720x110px

Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri Fəzail Məcidov, qardaşı Fədayıl, İnqilab İsmiyev və Elşad Heydərli saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Doğru.az-a verilən məlumata görə, iki qardaşa məxsus rayonun Çöl Beşdəli kəndi ərazisində yerləşən fermanın sahəsinə baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edərək yetirdikləri yaş çəkisi yarım ton olan 516 ədəd çətənə kolu və 6 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

DOĞRU.AZ

image-17208478742719153094_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki