Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) İran Prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti aparan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib.
Bu barədə Doğru.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət qrupun 2 helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb”, – deyə məlumatda qeyd edilib.
DOĞRU.AZ