image-n1karobka_ads
image-123
image-17095512765981859272_1200x630backend

FHN Akademiyasında kadr dəyişiklikləri – Yeni rəis müavini

image-ad_qayo_720x110px

Bakı, 9 yanvar – Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni rəis müavini təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə polkovnik-leytenant Tamerlan Allahverdiyev Akademiyanın rəis müavini təyin olunub.

Nazirin digər əmri ilə uzun illər Akademiya rəisinin müavini vəzifəsində çalışan polkovnik Aslan Hüseynov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Doğru.az xəbər verir ki, yeni təyin olunan rəis müavini Tamerlan Allahverdiyev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin şöbə müdiri olub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Hacı-Baba oğlu Salayevdir.

DOĞRU.AZ

image-1767961978_1image-1767959045_1 image-1767958988_2

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki