image-2000x150px
image-123
image-ads_atlas
image-azal_plane_300721_001backend

FHN-in generalı Türkiyədən qayıtdı

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri hissə-hissə ölkəmizə qayıdır.

Nazirlikdən verilən məlumata görə, 17 avqust 2021-ci il tarixində FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik etmiş fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də Azərbaycana qayıdıb.

Qeyd edək ki, qüvvələrin şəxsi heyəti dünən iki qrupda qardaş ölkədən təyyarə ilə geri dönüb, texnikalar və şəxsi heyətin digər hissəsi isə quru yolla hazırda Azərbaycana doğru hərəkət edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki