image-n1karobka_ads
image-123
FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla, 4 nəfər xilas edilibbackend

FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla, 4 nəfər xilas edilib

image-ad_qayo_720x110px

Fövqəladə Hallar Nazirliyinin “112” Qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 55 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində ümumilikdə 3-ü azyaşlı olmaqla, 4 nəfər xilas edilib, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki