image-2000x150px
image-123
image-ads_atlas
image-fhn-telimbackend

FHN və ETSN meşə yanğınları ilə bağlı birgə təlim keçirib

image-728x90px

Meşə yanğınlarının qarşısının alınması, yanğınla mübarizə üsullarının təkmilləşdirilməsi və bu sahədə koordinasiyanın gücləndirilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Quba və Xaçmaz  rayonlarının Yanğından Mühafizə hissələrinin və Şahdağ, Samur-Yalama milli parklarının əməkdaşlarının iştirakı ilə təlimlər keçirilib.

Bu barədə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin Mətbuat xidmətləri birgə məlumat yayıb.

Təlimlərin keçirilməsində məqsəd yanğın zamanı əməliyyat şəraitinin operativ qiymətləndirilməsi, yanğına çevik müdaxilə, qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sahəsində məsul əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

Təlimlər zamanı dağlıq və çətin relyefə malik ərazilərdə baş verə biləcək meşə yanğınlarının söndürülməsində istifadə olunan zəruri texnika, avadanlıq və ləvazimatlardan istifadə qaydaları, o cümlədən meşə yanğınlarının söndürülməsi üsulları yanğınsöndürənlər tərəfindən milli parkların əməkdaşlarına izah olunub.

Eyni zamanda, qüvvə və texnikaların dərhal yanğın baş vermiş əraziyə cəlb olunması, yanğının söndürülməsi, geniş ərazilərə yayılmasının qarşısının alınması və yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki