image-n1karobka_ads
image-123
image-1748855500149867944_1200x630backend

FHN Xəzər dənizində xilasetmə təlimi keçirdi – FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə düşən hissəsində təlim keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən Doğru.az-a verilən məlumata görə, “Su hövzələrində xilasetmə və dalğıc-axtarış işlərinin aparılması” mövzusunda keçirilən təlimdə həmin qurumlarla yanaşı, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi və Tibb Xidmətinin əməkdaşları iştirak ediblər.

Təlim sularda insanların təhlükəsizliyinin təmin olunması sahəsində əlaqələndirmə, idarəetmə və nəzarətin həyata keçirilməsi, eləcə də rəhbər, komandir-rəis heyəti və digər təlim iştirakçılarının fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsi məqsədilə keçirilib.

Təlim zamanı nəzarət olunan ərazidə gəzinti qayığının dənizdə “batma təhlükəsi ilə üzləşməsi” və qayığın göyərtəsində vətəndaşların “köməksiz vəziyyətdə qalması” və 1 nəfərin isə “suda batması” barədə daxil olmuş məlumat əsasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri operativ qaydada “hadisə yerinə” cəlb olunub. Xilasedicilərin çevik müdaxiləsi nəticəsində “qəzaya uğramış” qayıqda “köməksiz vəziyyətdə qalmış” vətəndaşlar təxliyə edilib, “suda batmış” 1 nəfərin “cəsədi” tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Uğurla keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, təlimi təcrübə məqsədilə FHN Akademiyasının kursantları izləyiblər.

DOĞRU.AZ

image-17488555003526365209_1200x630 image-1748855500599916366_1200x630 image-17488555003128315282_1200x630 image-1748855500194001959_1200x630 image-1748855500869253990_1200x630 image-174885550055184751_1200x630 image-1748855500607229386_1200x630 image-1748855500612934532_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki