Türkiyə ABŞ və Avropa ölkələri ilə birlikdə Ukraynada mümkün atəşkəs məsələsini müzakirə edir.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində TRT World telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Ankara Ukrayna münaqişəsinin həllinə töhfə vermək üçün istənilən rolu oynamağa hazırdır.
Biz Amerika administrasiyası və avropalılarla mümkün atəşkəs və sülh planının müxtəlif aspektləri üzərində işləyirik – buna necə nail olmaq olar… yeni müharibənin başlanmasının qarşısını necə ala bilərik.
Polşanın xarici işlər naziri Radoslav Sikorski bundan əvvəl demişdi ki, Varşava Ukraynadakı vəziyyətlə bağlı qərarların qəbulunda iştirak etmək hüququna malikdir.
DOĞRU.AZ