image-2000x150px
image-123
image-ads_atlas
image-upload-rian_5642245-hr-pic_32ratio_900x600-900x600-91768backend

Finlandiya Kareliyada keçid məntəqəsinin iş saatlarını azaldır

image-728x90px

Finlandiya Sərhəd Xidməti iyunun 12-dən etibarən Kareliyanın cənubundakı Vartius-Littya keçid məntəqəsinin trafikin azalması ilə əlaqədar iş vaxtının azaldılacağını açıqlayıb.

Bəyanat Finlandiya departamentinin saytında dərc olunub.

İyunun 12-dən buraxılış məntəqəsi bazar ertəsindən cümə axşamına qədər saat 9:00-dan 17:00-dək, cümə günündən bazar gününə kimi isə saat 9:00-dan 19:00-dək açıq olacaq. Eyni zamanda, Kuusamo-Suopera beynəlxalq sərhəd-keçid məntəqəsinin iş saatları dəyişməz qalacaq – bazar ertəsindən şənbə gününə kimi saat 9:00-dan 16:00-dək. Bazar günü bu keçid məntəqəsində Finlandiya sərhədini keçmək mümkün olmayacaq.

“Vartius və Kuusamo sərhəd-keçid məntəqələrinin qısaldılmış iş saatları, sərhəd-keçid rejimində əhəmiyyətli dəyişikliklər olmadıqda, 28 oktyabr 2023-cü il tarixinə qədər etibarlıdır. İş vaxtının qısaldılmasına səbəb keçid məntəqələrində hərəkətin intensivliyinin azalmasıdır”, – deyə sərhəd xidmətindən bildirilib.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki