Finlandiyanın Lappeenranta şəhər şurasının üzvü İvan Devyatkin sərhəd mövzusunda açıqlama verib.
Doğru.az xəbər verir ki, o, sentyabrın 1-də şəhərdə Rusiya ilə sərhədin açılmasına dəstək məqsədilə fləşmob keçiriləcəyini bildirib. Devyatkinin sözlərinə görə, aksiya iştirakçıları Finlandiya hakimiyyətinin sərhədi bağlamasından sonra Rusiyaya keçə bilməyənlərlə həmrəylik nümayiş etdirəcək və 18 saat “növbəyə duracaqlar”.
Tədbirin məqsədi Finlandiyadan Rusiyaya Estoniya, Türkiyə və ya Norveç vasitəsilə səyahətin bir çox insan üçün əlçatmaz olduğunu göstərməkdir.
Qeyd edək ki, Finlandiya Mərkəzi Ticarət Palatasının rəhbəri Juho Romakkaniemi də Rusiya ilə əlaqələrin kəsilməsindən ən çox zərər çəkənin Finlandiya olduğunu açıqlamışdı. Iltalehti isə yazıb ki, Finlandiya hasarı Rusiya sərhədinə mümkün qədər yaxın inşa edəcək.
DOĞRU.AZ