“Foreign Affairs” yazır ki, ABŞ hakimiyyəti NATO-nun yeni ölkələr üçün açıq qapı siyasətinə son qoymalıdır.
Doğru.az xəbər verir ki, məqalədə Birləşmiş Ştatların alyansın transatlantik öhdəliklərinin və səlahiyyətlərinin daha da genişlənməsinin qarşısını almaq üçün NATO-nun açıq qapılarını rəsmi şəkildə bağlamaq istiqamətində danışıqlara başlamalı olduğu vurğulanır.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Moskva Ukraynanın NATO-ya üzvlüyünə həmişə etiraz edib, lakin Avropa Birliyinə üzvlüyünə yox. O, qeyd edib ki, Ukrayna təhlükəsizlik sistemini seçmək hüququna malikdir, amma bunu Rusiyanın hesabına etməməlidir.
DOĞRU.AZ