image-n1karobka_ads
image-123
image-17460944082619738089_1200x630backend

Fövqəladə Hallar Nazirliyi mediatur təşkil edib – FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin növbəti monitorinqi ilə tanışlıq məqsədilə mediatur təşkil olunub.

Doğru.az xəbər verir ki, mediaturda jurnalistlər təhlükə potensiallı obyektlərin, eləcə də həmin obyektlərin yerləşdiyi ərazilərin yaxınlığındakı yaşayış evlərinin yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan monitorinq prosesini izləyiblər.

Jurnalistlərə açıqlamasında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev bildirib ki, monitorinq tədbirlərinin əsas məqsədi təhlükə potensiallı obyektlərin təhlükəsiz istismar edilməsi şəraitinin yaradılması, o cümlədən insanların həyat və sağlamlığının, əmlakının yanğından qorunmasından ibarətdir: “Monitorinq zamanı infrastruktur obyektlərinin yaxınlığında məişət və sənaye tullantıları, həmçinin quru ot, kol-kos və qamışlıqların mövcudluğu aşkar edilib. Bu vəziyyət ciddi yanğın riski yaradır. Buna görə də yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət çərçivəsində ərazidə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülür. Bakı şəhəri küləkli iqlimə malik olduğundan, burada yaranacaq hər hansı bir qığılcım küləyin təsiri ilə yaxınlıqdakı obyektlərə keçə və böyük fəlakətə səbəb ola bilər”.

Onun sözlərinə görə, yay mövsümünün yaxınlaşması və örtük bitkilərinin quruması ilə əlaqədar olaraq həyata keçirilən tədbirlər ərazidə yanğın təhlükəsinin qarşısının alınmasına mühüm töhfə verir: “Monitorinq zamanı yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət çərçivəsində təmizlik işləri aparılıb, o cümlədən ərazi məişət və istehsalat tullantılarından, qamışlıq və otlardan təmizlənib, gələcəkdə sözügedən ərazidə yanğınların baş verməməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

DOĞRU.AZ

image-17460944082114460182_1200x630 image-17460944081337315423_1200x630 image-1746094408809929885_1200x630 image-17460944086216762584_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki