image-ads_n1karobka_mobile
image-1513669419_istintaqbackend

Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin rəis müavini istintaq təcridxanasına göndərilib

Moskvanın Basmannı məhkəməsi Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin rəis müavini Sergey Simonenkonu həbs edib.

Bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

“Simonenko Krasnodardan Moskvaya aparılıb, orada Basmannı məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib”, – agentlik bildirir.

Avqustun 1-də məlum olub ki, müstəntiqlər Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin rəis müavini, polkovnik Sergey Simonenkonu saxlayıblar . Daha sonra onun üzərində 50-dən çox daşınmaz əmlak və 20 avtomobil tapıldı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki