Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber Aİ ölkələrini Macarıstanın Rusiya vətəndaşlarına vizaların verilməsini sadələşdirməklə bağlı mümkün qərarı ilə bağlı tədbir görməyə çağırıb, Financial Times yazır.
Nəşrin məlumatına görə , Veber Avropa Şurasının rəhbəri Çarlz Mişelə məktub yazıb və məktubda bu məsələni Aİ liderlərinin növbəti sammitində qaldırmağı xahiş edib.
Veberə görə, ruslar üçün viza məhdudiyyətlərinin yumşaldılması “casuslar üçün boşluqlara” çevrilə bilər. Bu addım Rusiya vətəndaşlarına Şengen zonası daxilində səyahət etməyə icazə verəcək və bu, “ciddi milli təhlükəsizlik narahatlıqlarını” artıracaq.
Nəşr bildirir ki, Budapeşt səkkiz ölkə, o cümlədən Rusiya vətəndaşları üçün müəyyən növ vizaların verilməsinin sadələşdirilməsinə dair məlumatları açıqlayıb.
Bundan əvvəl Tailand ruslar üçün vizasız rejimin 60 günə qədər uzadılmasına dair qətnaməni təsdiqləyib.
Mənbə Times