image-2000x150px
image-123
image-ads_atlas
image-untitled-1-pic_32ratio_1200x800-1200x800-49089-1backend

G7 liderləri Zelenski ilə danışıqlar aparacaq

image-728x90px

Mayın 19-21-də Xirosimada keçiriləcək sammitdə G7-nin iştirakçısı olan ölkələrin liderləri Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq niyyətindədirlər, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

“Biz Yeddilik Qrupunun liderləri və Zelenski arasında müəyyən qarşılıqlı əlaqəni gözləyirik. Bu qarşılıqlı əlaqənin parametrləri hələ də işlənir”, – TASS Sallivandan sitat gətirir.

O qeyd edib ki, Vaşinqtonda bu məsələ ilə bağlı geniş məlumat olan kimi jurnalistlərə təqdim olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki