image-n1karobka_ads
image-123
image-1763129491_6b84db59-adaa-44ab-af6e-9cf091d8290dbackend

“Ganjavi Holding” mükafata layiq görüldü – FOTO

image-ad_qayo_720x110px

“Rich Events Group” tərəfindən təşkil olunan “Miss Mister Of Azerbaijan 2025” yarışmasının finalında “Rich Person Awards 2025” mükafatı təqdim edilib.

Doğru.az xəbər verir ki, “Ganjavi Holding”in prezidenti, ictimai xadim və iş adamı Elşən Gəncəvi “Rich Person Awards 2025” layihəsində “İş Adamı” nominantı seçilib. Həmçinin, yarışmanın finalında “Münsif” olaraq iştirakına və göstərdiyi dəstəyə görə təltif olunub.

Elşən Gəncəvi – Nəcəfov iqtisadçı, ictimai xadim və iş adamıdır. O, “Ganjavi Holding”in prezidenti, “Najafsoy Group”un direktoru, “Ganjavi Media”, “Strateji.az” və “Siyasi.az” portallarının baş redaktorudur. Həmçinin Demokratik İslahatlar Partiyasının redaksiya komissiyasının üzvü, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin maliyyə meneceri və “ŞƏFQƏT” ictimai birliyində İctimai-sosial şuranın rəhbəridir.

Elşən Gəncəvi “Oxu-magiya” kitabının müəllifi və müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

O, Gəncə şəhərində 29 nömrəli tam orta məktəbi bitirib, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Rumıniya Timişoara Qərb Universitetində magistr təhsili alıb.

Elşən Gəncəvi bir çox yerli və beynəlxalq mükafatlara layiq görülüb. Bunlar arasında “Altın Melek Ödülleri 2021” – “İlin ən uğurlu iş adamı”, “Turkey Exclusive Awards 2022” – “Azərbaycanın uğurlu iş adamı” və “Altın Melek Ödülleri 2025” – “İlin beynəlxalq ən uğurlu iş adamı” yer alır.

DOĞRU.AZ

image-1763129521_fc56dc12-621b-4955-93e9-ee99d9940071 image-1763129491_ec9ef877-0c3a-42ef-94af-084277ea23b7

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki