image-n1karobka_ads
image-123
image-ictimai_84d17441bac6ec9f4020d54fdb71da21_gfplk9hesa4ytv6z2ron-768x569backend

“Gələcəyə Addım” Aztəminatlı Ailələrə Yeni İmkanlar” layihəsinin icrasına start verildi

Gənc Mühasiblər İctimai Birliyinin “Gələcəyə Addım” Aztəminatlı Ailələrə Yeni İmkanlar” layihəsinin icrasına başlanıldı. Layihə Azərbaycan Respublikasının QHT- lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan gənclərin peşəkar bacarıqlarını inkişaf etdirərək, onların iş bazarına inteqrasiyasını asanlaşdırmaqdır. Mühasibatlıq və vergi qanunvericiliyi sahələrində keçiriləcək kurslar vasitəsilə gənclərə yeni peşə bacarıqları qazandırmaq, kursu uğurla bitirənlər isə işlə təmin olunmasına dəstək göstərmək, həmçinin, layihə çərçivəsində keçiriləcək Karyera Forumu gənclərə karyera imkanları və təcrübə qazanmaq üçün əlavə şanslar təqdim etmək hədəflənir. Kurslar vasitəsilə iştirakçılar, bu sahələrdə dərin biliklərə yiyələnəcək və praktiki bacarıqlar qazanacaqlar. Təlimlər həm nəzəri, həm də praktiki şəkildə keçiriləcək, beləliklə, gənclərin real iş mühitində qarşılaşacaqları çətinliklərə hazırlıqlı olmaları təmin ediləcək. Kursları uğurla tamamlayan iştirakçılara işlə təmin olunmaq üçün müxtəlif dəstək və yönləndirmə xidmətləri göstəriləcək. Bu onların iş tapmaq imkanlarını artıracaq və əmək bazarında rəqabət qabiliyyətini yüksəldəcək.

Layihə 5 ay müddətində icra olunacaq.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki