image-n1karobka_ads
image-123
image-img-20250526-wa0004backend

Gənc istedadlar “Harmoniya gecəsi”ndə səhnədə parladı – FOTO

Mayın 25-də Şuşa Musiqili Dram Teatrında Dünya Azərbaycanlılarının Mədəniyyəti İdarəsi və pianoçu-pedaqoq Türkan Xalidlinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Harmoniya gecəsi” adlı musiqi tədbiri keçirilib.

Doğru.az xəbər verir ki, tədbirdə istedadlı gənclər, beynəlxalq müsabiqələr laureatları, gənc pianoçular, Azərbaycan Milli Konservatoriyasının tələbələri və “Qoçəli” rəqs qrupunun balaca üzvləri çıxış ediblər.

Konsert proqramında Azərbaycan və xarici bəstəkarların müxtəlif janrlarda əsərləri səsləndirilib. Tədbir musiqi və rəqs sənətinin vəhdəti ilə dinləyicilərə unudulmaz anlar yaşadıb.

Gecənin sonunda iştirakçılara fəallıqlarına görə təşəkkürnamələr, bədii rəhbər və müəllimlərə isə tələbələrə incəsənəti sevdirərək öyrətdikləri üçün təltifnamələr təqdim olunub.

Tədbir, Üzeyir Hacıbəylinin zəngin irsinin təbliği və gənc nəslin musiqi mədəniyyətinə marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyıb.

DOĞRU.AZ

image-img-20250526-wa0009 image-img-20250526-wa0008 image-img-20250526-wa0007 image-img-20250526-wa0005 image-img-20250526-wa0006 image-img-20250526-wa0003 image-img-20250526-wa0001 image-img-20250526-wa0002

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki