image-2000x150px
image-123
image-ads_atlas
image-22930_0fffigjpw3backend

Gənc jurnalist koronavirusdan vəfat etdi

image-728x90px

Azərbaycanda jurnalist koronavirusdan vəfat edib.

Doğru.az xəbər verir ki, bir müddət öncə “COVID-19” virusuna yoluxan 32 yaşlı Oğuz Altay bu gün dünyasını dəyişib.

Bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Qeyd edək ki, O. Altay 10 gün öncə sosial şəbəkə hesabında koronavirusla bağlı paylaşım edərək insanları ehtiyatlı olmağa çağırıb:

“Dostlar, diqqətli olun. Rayonlarda insanlar kütləvi halda yenidən koronavirusa yoluxub”.

O.Altay azvision.az və femida.az saytlarının əməkdaşı olub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki