image-n1karobka_ads
image-123
image-001backend

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsinin təqdimat mərasimi keçirildi

image-ad_qayo_720x110px

29 avqust 2025-ci il tarixində YAP Gəncə şəhər təşkilatının inzibati binasında “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsinin təqdimat mərasimi keçirilib. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılır.

Layihənin əsas məqsədi Azərbaycanın mədəniyyət sahəsində fəaliyyət göstərən gənc kadrların idarəetmə, liderlik və strateji planlama bacarıqlarının inkişaf etdirilməsi, onların beynəlxalq təcrübə mübadiləsinə cəlb olunması və peşəkar biliklərinin zənginləşdirilməsidir.

Layihə rəhbəri, “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin sədri Göyüş Şəfizadə layihənin təqdimatını edərək, tədbirin əhəmiyyətini vurğuladı. O, layihənin gənc mədəniyyət işçilərinin idarəetmə, liderlik və strateji planlama bacarıqlarının inkişafına verdiyi əhəmiyyətli töhfələri diqqətə çatdırdı. Həmçinin, iştirakçıları layihədən maksimum səmərə ilə yararlanmağa və gələcək əməkdaşlıqlara açıq olmağa dəvət etdi.

YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov çıxışında layihənin gənc mədəniyyət işçilərinin inkişafına mühüm töhfə verəcəyini qeyd edərək, bu tip layihələrin gənclərin idarəetmə və liderlik bacarıqlarının formalaşmasında əhəmiyyətli rol oynadığını vurğuladı. O, iştirakçıları layihənin imkanlarından maksimum faydalanmağa çağırdı.

Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev isə layihənin mədəniyyət və turizm sahələrinin inteqrasiyasına verdiyi əhəmiyyətə diqqət çəkdi. O, gənc kadrların beynəlxalq təcrübəyə cəlb olunmasının regionun mədəniyyət sektorunun inkişafına yeni imkanlar yaradacağını vurğuladı.

Daha sonra isə “Gələcək Naminə” İctimai Birliyinin sədri Tural İsaqov, “Gələcəyə Körpü” İctimai Birliyinin sədri Anaxanım Rzazadə, Gəncə Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev və “Gəncə Maarif Evi” İctimai Birliyinin sədri İmamverdi Vəliyev çıxış edərək layihənin aktuallığını yüksək qiymətləndirdilər. Onlar, proqramın gənc mədəniyyət işçilərinin peşəkar inkişafına mühüm töhfə verəcəyini qeyd edərək, onun uğurla həyata keçirilməsini arzuladılar.

Tədbirin yekununda Göyüş Şəfizadə bütün iştirakçılara təşəkkürünü bildirərək, layihənin uğurla həyata keçiriləcəyinə və gələcəkdə yeni əməkdaşlıqlara yol açacağına əminliyini ifadə etdi.

Sonda xatirə şəkli çəkdirildi!

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki