image-n1karobka_ads
image-123
image-r1yhbaqnbovxzb9gdydfpkgzop6jyyg5ekwnmdt3_1200backend

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin həbs müddəti uzadılıb

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bu barədə APA-ya vəkil Aqil Layıc məlumat verib.

O bildirib ki, bu gün Xətai Rayon Məhkəməsində təqdimata baxılıb. Məhkəmə həbs müddətinin iki ay uzadılması barədə qərar verib.

Qeyd edək ki, aprelin 1-də Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Ona Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki