image-2000x150px
image-123
image-ads_atlas
image-yenigundem_34c4780f6462a93d93b185bbf48a3faf_ijmwvtpgzsubxq42o0y6-620x460backend

Gəncə Təhsilində nə baş verir? – Prezidentə müraciət olundu – VİDEO

image-728x90px

DÖVLƏT MƏMURU, VƏZİFƏLİ ŞƏXS hansı sayda cinayət etməlidir ki, onu vəzifəsindən uzaqlaşdırsınlar, etdiyi cinayət əməlinə hüquqi qiymət versinlər.

Hüquqları pozulmuş keçmiş müəllim, işsiz vətəndaş Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən “Yeni Gündəm”in redaksiyasına şikayət daxil olub.

Şikayəti olduğu kimi təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə.

SÜRƏTİ : Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Xanım Mehriban Əliyevaya.

SÜRƏTİ : Azərbaycan Respublikasının Təhsil naziri Cənab Emin Əmrullayevə.

SÜRƏTİ : Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə.

SÜRƏTİ : Gəncə ŞİH-nin başçısı Niyazi Bayramova.

Ulu öndər, dahi şəxsiyyət, mərhum prezidentimiz Heydər Əliyev demişdir: ” TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR” !
“DÖVLƏT İKİ ŞEYDƏN SARSILAR”
___ Günahkarlar cəzasız qalanda;
___ Günahsızlar cəza alanda.

Gəncə Şəhər Təhsil İdarəsinin müdürü vəzifəsinə təyin edilən Anar Qədimalıyev bu şəhərin təhsilini məhf edir, Gəncə şəhər təhsili Anar Qədimalıyevin rəhbərliyi altında dövlətimizin ədalətli qanunları, qanunla müəyyən edilmiş təhsil qanunları ilə deyil, ” BAZAR QANUNLARI ” ilə idarə olunur, bu şəhərdə təhsil ” HƏRRACA” qoyulub.
Dəfələrlə Möhtərəm Cənab Prezident İlham Əliyev ölkəmizin güc strukturlarının rəhbərlərinə, icra başçılarına, VƏZİFƏLİ ŞƏXSLƏRƏ, dövlət məmurlarına tapşırıqlar verir ki, qohumlarınızı, yaxınlarınızı, tanışlarınızı, dostlarınızı VƏZİFƏLƏRƏ təyin etməyin, ilk növbədə vətəndaşların problemlərini həll edin, xalqın xidmətçiləri olun, süründürməçilik etməyin, şəffavlığı təmin edin, vətəndaşlara qarşı səmimi olun.

Çox təəssüflər olsun ki, Gəncə Şəhər Təhsil İdarəsinin müdürü Anar Qədimalıyev Möhtərəm Cənab Prezidentin bu tapşırıqlarına RİAYƏT etmir, öz bildiyi qaydada idarəetmə ilə məşğuldur. Millətin gələcəyi olan təhsili məhf edir, bu birbaşa ulu öndər, ölməz lider H. Əliyevin ruhuna qarşı olan hörmətsizlikdir.

Anar Qədimalıyev Gəncə Aqrar Universitetini bitirib, ixtisasca mühasibdir, heç bir pedaqoji təhsili yoxdur, pedaqoji fəaliyyətlə məşğul olmayıb. Belə bir kadr Gəncə Şəhər Təhsil İdarəsinə rəhbərlik edir, bu idarəni şəxsi obyektinə çevirib.
Bibisi oğlu Röyal adlı şəxsi özünün sürücüsü olduğu halda Gəncə şəhər 22 saylı tam orta məktəbinə texniki şöbəyə işə qəbul etdirib, işə getməyə -getməyə əməkhaqqı alır. Anar Qədimalıyevin qohumu Röyal dövlətdən havayı əməkhaqqı alır, Röyalın bu məktəbdə görəcəyi işi başqa işçiyə gördürülür. Bu məsələdə bu məktəbin direktoru, direktorun təsərrüfat işləri üzrə müavini də cinayət edir, vəzifələrindən sui istifadə edirlər.

Anar Qədimalıyev vəzifədədir ona görə bibisi oğlu Röyal öhdəsinə düşən işi işləmədən dövlətdən havayı əməkhaqqı almalıdır?
İki ali təhsilim var, İŞSİZ qalmışam. Ona görə ki, vəzifədə əyləşən qohumum, yaxınım, dostum, tanışım yoxdur.
Anar Qədimalıyevə görə Gəncə şəhərində ailə dağılıb. Anar Qədimalıyev deyir ki, Təhsil naziri mənə KONVERTLƏR göndərir. Cənab Təhsil naziri nə səbəbə Siz Anar Qədimalıyevə KONVERT göndərirsiniz. Ona göndərdiyiniz KONVERTDƏ olanın heç olmasa 3 /1 hissəsini mənə də göndərin, işsizəm, maddi durumum çox zəifdir.
Mən anlamıram VƏZİFƏLİ ŞƏXS nə qədər cinayət etməlidir ki, həmin vəzifəli şəxsi vəzifəsindən uzaqlaşdırsınlar, etdiyi cinayətə görə əməlinə hüquqi qiymət versinlər. Bu qədər özbaşnalıq olarmı?

Möhtərəm Cənab Prezident, çox hörmətli Birinci Vitse Prezident Sizdən xahiş edirəm yuxarıda qeyd etdiyim məsələri NƏZARƏTİNİZƏ götürəsiniz, Anar Qədimalıyev barəsində tədbir görülməsi, vəzifəsindən uzaqlaşdırılması, etdiyi əməllərinə hüquqi qiymət verilməsi üçün TAPŞIRIQ verəsiniz.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Yenigundem.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki