“Gəncə terroru zamanı evləri dağılmış hər kəsə yeni evlər veriləcək.”
Doğru.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov oktyabrın 17 də Ermənilərin atdığı raket nəticəsində evləri dağılmış vətəndaşlarla görüş zamanı bildirib.
“Dağılmış bütün evlərin əvəzinə yeni evlər veriləcək, kimin nə problemi varsa, bildirsin. Bu hadisələr, zərər çəkən hər bir şəxs Prezidentimizin, I vitse prezidentimizin diqqətindədir.”


























