Doğru.az xəbər verir ki, Hacı Nuran Hüseynov sosial mediadakı paylaşımı ilə diqqət cəkib: 24.10.2020 … Gəncə terroru bütün bəşəriyyətə erməni vandallarının iç üzünü göstərən əsl güzgüdür … Bir həftənin içində iki dəfə günahsız insanları qanına qəltan etmək, dinc sakinləri yatdıqları yerdə öldürmək bütün insanlığa qarşı bir vəhşilikdir … Dağıntılar altından yaralı çıxarılan 13 yaşlı Mayakov Artur Vladimiroviç 09.01.2007 – 24.10.2020 bu dəqiqələrdə dünyasını dəyişdi … Milliyyətcə rus olan bu yeniyetmə Gəncəni dünya boyda sevərdi … Çünki onun valideynləri də Gəncəni sevirdi … Arzuları ürəyində qaldı … Erməni vandalları onun gənc ömrünə son qoydular … Neçə-neçə yeniyetmənin, gəncin, uşağın, körpənin həyatına son qoyduqları kimi … Yerin behişt olsun, Mayakov Artur Vladimiroviç … Allah rəhmət eləsin.

























