image-n1karobka_ads
image-123
image-17490190623056332259_1200x630backend

Gənclərdən Sınaq Matçı: U-21 Millimiz Bu Gün Belarusla Qarşılaşır

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünə çıxacaq.

Doğru.az xəbər verir ki, U-21 səfərdə Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Baranoviçi şəhər stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro seçməsinə qarşı keçirəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki