image-2000x150px
image-123
image-ads_atlas
image-img-20210802-wa0063backend

Gənclərin ilk çimərlik futbolu kubokunun final mərhələsi baş tutub

image-728x90px

“Davam” Gənclər Hərəkatı və Azərbaycan Çimərlik Futbol Federasiyasının birgə təşkilatçılığı, Adidas Park Bulvar və “Motivator Azerbaijan”ın dəstəyi ilə Su İdman Sarayında ilk dəfə keçirilən “Gənclərin Çimərlik Futbolu Kuboku”nun final mərhələsi baş tutub.

Turnirin final mərhələsində deputatlar Aydın Mirzəzadə, Ramin Məmmədov, Vüqar İskəndərov, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Azərbaycan Çimərlik Futbol Federasiyasının prezidenti Fərid Novruzi, “Motivator Azerbaijan”ın rəhbəri Rüfət Həsənov oyunu tribunadan izləyiblər.

Həyəcanlı keçən qarşıdurma nəticəsində qaliblər müəyyənləşib. Nəticələrə əsasən, “Turan” 3-cü, “Baku City” 2-ci, “8 Microdistrict” 1-ci yerə layiq görülüb. Komandalar diplom və medallarla təltif edilib.

Qeyd edək ki, ilk dəfə baş tutan “Gənclərin Çimərlik Futbolu Kuboku” layihəsinin məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi və asudə vaxtlarının səmərəli keçirilməsidir.

DOĞRU.AZ

image-img-20210802-wa0066

image-img-20210802-wa0065

image-img-20210802-wa0062

image-img-20210802-wa0064

image-img-20210802-wa0061

image-img-20210802-wa0059

image-img-20210802-wa0060

image-img-20210802-wa0058

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki