image-2000x150px
image-123
image-ads_atlas
image-2221122-pic_32ratio_900x600-900x600-55827backend

Google parollarınızı ailə üzvləri ilə paylaşmağa imkan verir

image-728x90px

Google Parol Meneceri eyni ailə qrupunun üzvləri arasında parolları təhlükəsiz şəkildə paylaşmağa imkan verən yeni funksiya əldə edib.

Bu barədə Android Authority məlumat yayıb.

Bu funksiya şirkət tərəfindən 2024-cü ilin fevralında Təhlükəsiz İnternet Gününün bir hissəsi kimi elan edilmişdi, lakin yalnız Google Play Xidmətlərini 2024-cü ilin mayında 24.20 versiyasına yenilədikdən sonra əlçatan oldu.

İstifadəçilər Google Parol Menecerindən istifadə edərək parolları paylaşdıqda, onların ailə qrupunun digər üzvləri avtomatik olaraq parolun istifadəyə hazır surətini alırlar. Bu funksionallıq, məsələn, bir neçə nəfər uşaq bağçası sisteminə daxil olmaq üçün bir hesabdan istifadə etdikdə və ya uşaq öz təhsil materiallarına yalnız valideynlərindən birinə giriş təmin etdikdə faydalı ola bilər.

Mənbə: haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki