Mayın 31-də Goranboy rayonunun Yenikənd kəndi ərazisində mina partlayışı baş verib.
Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Hadisə zamanı Goranboy rayonunun Qaraçinar kənd sakini, 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu keçmiş təmas xəttində – minalardan tam təmizlənməmiş ərazidə mal-qara otararkən minaya düşüb. Nəticədə sol ayağından ağır xəsarət alan vətəndaşın ayağı dizdən aşağı amputasiya edilib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşlara müraciət edərək mina təhlükəsi olan ərazilərdən uzaq durmağa, xəbərdaredici nişanlara ciddi əməl etməyə və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
DOĞRU.AZ