Dogru.az xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 17 il ötməsi Göyçay rayonunda ehtiramla yad edilib. 12 dekabr 2020-ci il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ulu öndər Heydər Əliyevin Göyçayda ucaldılmış abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Göyçayda ulu öndər Heydər Əliyevin adını daşıyan Heydər Əliyev adına mərkəzdə liderin şərəfli həyat yolunu özündə əks etdirən eksponatlara baxış keçirib.
Səbuhi Eltonlu




























