image-2000x150px
image-123
image-ads_atlas
image-17200712703577521971_1200x630backend

Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb – FOTO

image-728x90px

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Doğru.az-a verilən məlumata görə, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan – Baba Babayev, əvvəllər məhkum olunmuş Habil Salehov və Rəşad Quliyev həyata keçirilən tədbirlərlə saxlanılıb. Onların yaşadıqları evlərin həyətyanı sahələrindən kultivasiya edilərək yetişdirilən, çəkisi 10 kiloqram olan çətənə bitkiləri aşkar edilib. Saxlanılan şəxslər çətənə kollarına aqrotexniki qulluq göstərdiklərini bildiriblər.

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər – Taleh Əsgərov, Hacı Kərimov, Müşviq Məmmədov, Fariz Əliyev, Mübariz Məmmədov və Rəşad Bəyalıyev saxlanılıb. Onlardan heroin, marixuana və metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-172007127041545159_1200x630 image-17200712706369330712_1200x630 image-17200712703324461337_1200x630 image-17200712703577521971_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki