Göyçayda şəhidlərin ünvanlarının qarşısında lövhələri vurulur.backend

Göyçayda şəhidlərin ünvanlarının qarşısında lövhələri vurulur.

44 günlük ikinci Qarabağ müharibəsi Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və şanlı ordumuzun zəfər qələbəsi ilə tarixin yaddaşına əbədi olaraq həkk olundu. İşğalda olan əzəli torpaqlarımız azad olunmaqla, Azərbaycanın ərazi bütövlüyü bir daha dəmir yumruq kimi birləşdi.Unutmayaq ki, bizə bu qələbəni bəxş edən vətən uğrunda şəhid olan igidlərimizə, qazilərimizə borcluyuq. Bir çox rayonlarda olduğu kimi Göyçay rayonundan da vətən müharibəsinə yollanan igidlərimiz olub. Onların sırasında şəhidlik zirvəsinə ucalan vətənsevər oğullarımız oldu. Yüksək fəxarət hissi ilə dəfn olunan həmin qəhrəmanlarımız illər ötsə də yaddaşlardan silinməyərək, anılacaq.

Qeyd edək ki, Göyçay rayon İcra Hakimiyyətinin idarəçiliyi ilə Göyçay rayonun ərazisində şəhidlərimizin yaşadıqları prospekt, küçə və məhələlərdə onların fotoşəkillərindən ibarət lövhələr qoyulur.Birlik nümayiş etdirən rayon sakinləri Göyçay rayon İcra Hakimiyyətinin alqışa layiq olan bu təşəbbüsünə qoşularaq, şəhidlərimizin ruhuna olan ehtiramlarını bir daha bildirirlər.

Xatırladaq ki, RİH-i tərəfindən rayonda bütün şəhidlərinin yaşadıqları ünvanlarda üç rəngli Azərbaycan bayrağı dalğalandırılır.

Səbuhi Eltonlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki