Göyçayda Vətən müharibəsinin döyüşçüləri ilə görüş keçirilib.backend

Göyçayda Vətən müharibəsinin döyüşçüləri ilə görüş keçirilib.

Ötən gün Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin başçılığı ilə ikinci Qarabağ müharibəsində döyüşən qəhrəmanlarla növbəti görüş keçirilib.Görüşdə rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları da iştirak edib.Görüşü giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Azərbaycan ordusunun qələbə zəfərindən, rayon döyüşçülərinin şücaətindən geniş məlumat verib.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova əldə olunan qələbə münasibətilə düşmən qüvvələrinin məğlub edilməsində igid əsgərlərimizə xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə bir daha Böyük Qələbə münasibətilə təbrik edərək təşəkkürnamə təqdim edib.

Görüşün sonunda döyüşdə iştirak edən müharibə iştirakçıları göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, görüş sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib.

Səbuhi Eltonlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki