Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıbbackend

Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb

Göyçay şəhərində karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Doğru.az-a bildiriblər ki, şəhər sakini Xasi Məmmədov COVID-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub.

Ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

X.Məmmədov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır..

///AZƏRTAC


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki