image-n1karobka_ads
image-123
image-1753684516315551654_1200x630backend

Göytəpədə hərbçilərlə dini radikalizmə qarşı maarifləndirici tədbir keçirilib – FOTO

image-ad_qayo_720x110px

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Dini radikalizmin fəsadları və ona qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir təşkil edilib.

Doğru.az xəbər verir ki, DSX-nin mətbuat mərkəzindən verilən məlumata əsasən, tədbirdə xidmətin şəxsi heyəti, DQİDK-nin nümayəndəsi və yerli din xadimi iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə dini radikalizmin mahiyyəti, onun milli təhlükəsizliyə və ictimai sabitliyə yaratdığı təhdidlər barədə məlumat verilib. Çıxış edənlər qeyd ediblər ki, DSX-də vətənpərvərlik, milli-mənəvi dəyərlərə sədaqət və Müzəffər Ali Baş Komandana bağlılıq prinsipləri əsas prioritetlərdəndir.

DQİDK nümayəndəsi çıxışında radikalizmin yaranma səbəbləri, xarici təsirlər və dövlətin bu sahədəki mübarizə tədbirləri barədə geniş məlumat verib. Bildirilib ki, Azərbaycanda dinə yüksək hörmət göstərilsə də, bəzi xarici dairələr dini radikalizmi yaymaqla gəncləri hədəfə alır.

Yerli ilahiyyatçı isə radikalizmin İslam dini ilə heç bir əlaqəsi olmadığını vurğulayıb. O, əsl İslamın sülh, mərhəmət və ədalət dini olduğunu, zorakılığın isə dinin mahiyyətinə zidd olduğunu diqqətə çatdırıb. Gənclərə düzgün dini biliklərə yiyələnməyin vacibliyi qeyd olunub.

Tədbirin sonunda fikir mübadiləsi aparılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

DOĞRU.AZ

image-1753684516438984580_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki